Prezidentin yüksək vəzifəyə təyin etdiyi 44 yaşlı Şahin Seyidzadə kimdir? - DOSYE

SOSİAL
11:41 03.03.2022
2001
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
 
AZXEBER.COM Şahin Seyidzadənin dosyesini təqdim edir: 

Şahin Kamil oğlu Seyidzadə 15 aprel 1978-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirmişdir.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2001-ci ildə eyni adlı Universitetin, 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment” ixtisası, 2007-ci ildə isə Mançestr Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə (Master of Education) magistr dərəcələrini almışdır. Daha sonra Rusiya Federasiya Hökuməti nəzdində Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil almış, hal-hazırda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır.

1999-ci ildən etibarən ictimai fəaliyyətlə məşğul olur, həmçinin bir çox ictimai və dövlət əhəmiyyətli layihələrə rəhbərlik etmişdir. 2006-2012-cı illərdə müxtəlif biznes qurumların rəhbər vəzifələrində çalışmışdır. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2013-2016-cı illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, 2015-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları”-nın rəhbəri, hal-hazırda isə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin "Sosial layihələr” müsabiqəsinin rəhbəridir. 2020-ci Parlament seçkilərində deputat seçilib. 

Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmuşdur.

OXŞAR XƏBƏRLƏR