Prezidentlə həmkarları təməlqoyma mərasimində - Fotolar

Prezidentlə həmkarları təməlqoyma mərasimində - Fotolar
SİYASƏT
15:54 15.05.2026
332
Azərbaycan Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçılarına Mərkəz barədə məlumat verilib.

Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.
 
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR