Prokurorluq nümayəndələri konfransda - FOTOLAR

Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
SOSİAL
12:10 27.11.2026
75
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 20-ci ildönümünə həsr olunmuş İllik Konfransında iştirak edib. 

AZXEBER.COM xəbər verir ki, cari il 25-26 noyabr tarixlərində Mərakeş Krallığında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş İllik Konfrans və təlim seminarı keçirilib. Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Rayonunun Korrupsiyaya qarşı Müstəqil Komissiyası (ICAC) və Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qlobal antikorrupsiya ictimaiyyətinin rəhbər şəxsləri, praktiki mütəxəssisləri və ekspertləri bir araya gəliblər.

Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, Bəhruz Əhmədov, Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini, Qasım Məmmədov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümmətov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynovdan ibarət nümayəndə heyəti təmsil ediblər.

Tədbir zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Bazel İdarəetmə İnstitutu, Beynəlxalq Antikorrupsiya Akademiyası və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən korrupsiyaya qarşı mübarizənin aktual çağırışları müzakirə edilmişdir. Panel sessiyalarında rəqəmsal həllərin və süni intellektin tətbiqi, ekoloji cinayətlərə və təbii resurslardan qanunsuz istifadəyə qarşı mübarizə, həmçinin antikorrupsiya mexanizmlərinin effektivliyinin təhlili üzrə qabaqcıl beynəlxalq təcrübə paylaşılıblar.

Tədbirin ikinci günündə nümayəndə heyətimiz "Korrupsiyaya qarşı mübarizədə süni intellektdən istifadə” mövzusunda müzakirələrə qatılıb. 

Məruzələrdə transsərhəd korrupsiya hüquqpozmaları ilə mübarizədə rəqəmsal transformasiyanın əhəmiyyəti, süni intellekt əsaslı həllərin tətbiqi strategiyaları və qabaqcıl beynəlxalq təcrübənin milli səviyyədə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində, həmçinin, Hərbi prokuror Bəhruz Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Baş prokuroru Hicham El Blaoui və Krallığın Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) prezidenti Məhəmməd Benalilu ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı antikorrupsiya, hüquq-mühafizə sahəsində qarşılıqlı maraq doğuran ümumi məsələlər və süni intellektin tətbiqi imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, qurumlar arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək inkişaf perspektivləri müzakirə olunub.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
12:27 27.11.2026
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti - VİDEO
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
12:26 27.11.2026
“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə - VİDEO
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
12:23 27.11.2026
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
12:11 27.11.2026
Fira Cəlilovadan açıqlama: “Mənim evimdə, həyətimdə cinayətkar olmayıb”
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
12:10 27.11.2026
Prokurorluq nümayəndələri konfransda - FOTOLAR
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
11:53 27.11.2026
Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
11:46 27.11.2026
Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü
Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif
11:25 27.11.2026
Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif
Milli Məclisin iclası başlayıb
11:14 27.11.2026
Milli Məclisin iclası başlayıb
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
11:05 27.11.2026
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
10:39 27.11.2026
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
Qaradağda yük maşınları toqquşdu - sürücü öldü
10:37 27.11.2026
Qaradağda yük maşınları toqquşdu - sürücü öldü
Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
10:23 27.11.2026
Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
Fira Cəlilovanın evində tutulan şəxslə bağlı TƏFƏRRÜAT
10:02 27.11.2026
Fira Cəlilovanın evində tutulan şəxslə bağlı TƏFƏRRÜAT
6 yaşlı uşaq faciəvi şəkildə öldü
09:53 27.11.2026
6 yaşlı uşaq faciəvi şəkildə öldü
Azərbaycana gələn Rusiya vətəndaşlarına - MÜRACİƏT
09:46 27.11.2026
Azərbaycana gələn Rusiya vətəndaşlarına - MÜRACİƏT