“Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” təlimi keçirilib - FOTOLAR

“Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” təlimi keçirilib - FOTOLAR
İQTİSADİYYAT
11:10 04.10.2026
213
Marsol Academy-nin təşkilatçılığı ilə 3 oktyabr tarixində "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” mövzusunda peşəkar təlim keçirilib.

"Kavkaz Logistics”in baş sponsorluğu, "Premium Residence”in sponsorluğu ilə keçirilən təlimdə Marsol Group partnyorları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlar və idarəetmə sahəsinin nümayəndələri iştirak ediblər.

Beynəlxalq Protokol Mütəxəssisi İhsan Ataöv tərəfindən aparılan təlimdə iştirakçılara korporativ mühitdə peşəkar təmsilçilik, protokol və etiket qaydaları ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub. 6 il Türkiyə Prezident Administrasiyasında protokol təcrübəsinə malik olan İhsan Ataöv 40-dan çox ölkədə rəsmi protokol fəaliyyətində iştirak edib, 100-dən çox beynəlxalq səfərdə və 75 vilayətdə dövlət səviyyəli tədbirlərin təşkilində birbaşa rol alıb.

Təlimin mühüm hissələrindən biri də iştirakçılar arasında netvörkinq imkanlarının yaradılması olub. Təlim iştirakçıları və Marsol Group partnyorları arasında yeni tanışlıqların qurulması, peşəkar əlaqələrin genişləndirilməsi və müxtəlif sahələr üzrə fikir mübadiləsinin aparılması üçün əlverişli mühit formalaşıb.

Təlimin sonunda iştirakçılar korporativ etiket, protokol idarəçiliyi və peşəkar təmsilçilik sahəsində əldə etdikləri bilikləri iş həyatında tətbiq edə bilmək üçün praktiki yanaşmalar və metodlarla tanış olublar.

Marsol Academy tərəfindən təşkil olunan bu kimi təlimlər peşəkar inkişafı dəstəkləməklə yanaşı, iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına və biznes mühitində qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR