Pula görə 20 yaşlı oğlanı döyüb, sonra da öldürdülər
Bütün Xəbərlər
16:00 03.05.2013
1610
Amerikanın Kaliforniya ştatında 51 yaşlı erməni ömürlük azadlıqdan məhrum edilib. Vrej Zaduryan adlı erməni 20 yaşlı Kristofer Şahnəzəri öldürməkdə və onun evini qarət etməkdə ittiham olunur."Glendale News-Press"in məlumatına görə, erməni cinayətkar olayı 2005-ci ildə törədib. Belə ki, Şahnazari evə girəndə artıq yaralı olub. O, evdə anasının əl-qolunun bağlandığını və döyüldüyünü görüb. Gənc oğlan erməni cinayətkara evdə pul olmadığını anlatmağa çalışsa da, bu ermənini qane etməyib. Onlar 20 yaşlı oğlanı başqa otağa sürüyərək onu vəhşicəsinə döyüblər. Bu vaxt onun anası evdən qaçmağı bacarıb, lakin elə həmin anda evdən atəş səsləri gəlib. Erməni cinayətkarlar 20 yaşlı Krestofer Şahnəzəri odlu silahla qətlə yetiriblər.