“Pullar və bank kartlarının hamısı yandı” - Ev sahibi yanğından DANIŞDI

“Pullar və bank kartlarının hamısı yandı” - Ev sahibi yanğından DANIŞDI
SOSİAL
23:24 26.08.2026
190
Keçmiş məcburi köçkünlərin yaşadığı evdə yanğın olub, bir nəfər ölüb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə səhər saatlarında paytaxtın Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində Ağdamdan olan keçmiş məcburi köçkünlərin məskunlaşdığı, bir neçə ailənin yaşadığı tiklidə baş verib.

Məlumat daxil olan kimi əraziyə dərhal iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlər həyata keçirdikləri zəruri və tədbirlər sayəsində ümumi sahəsi 700 kv/m. olan evdəki yanğın söndürülüb.

Ev sahibi deyir ki, hadisə vaxtı hamı yatıb. Həyat yoldaşı mətbəxdən tüstü çıxdığını görərək dərhal evdəkiləri oyadıb. Ailə yanğının elektrik naqillərindəki qısa qapanmadan baş verdiyini ehtimal eədir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində bir dam altında tikilmiş bir neçə ailənin yaşadığı taxta konstruksiyalardan ibarət tikilinin yanar hissələri 150 kv/m. sahədə yanıb. Qadın deyir ki, hadisə zamanı ölən 36 yaşlı Fərid Tapdıqov onlarda günlük kirayə qalırmış. Hadisə zamanı o da çölə çıxıb. 

Qadın onu da əlavə etdi ki, hadisə zamanı evin bütün əşyaları, geyimlər, pullar və bank kartlarının hamısı yanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR