Putin danışıqların noyabrın 10-da Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib

Putin danışıqların noyabrın 10-da Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
DÜNYA
23:19 06.11.2026
74
"Rusiya Ukrayna böhranının həlli yollarının axtarışında ardıcıl dəstəyinə və humanitar məsələlərdə köməyinə görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyinə minnətdardır”.

Bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə bildirib.

Müşavirədə noyabrın 10-da Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar da müzakirə olunub.

Putin danışıqlara ev sahibliyi etməyə hazır olduğuna görə BƏƏ rəhbərliyinə təşəkkür edib.

O qeyd edib ki, Əmirliklər Ukrayna böhranının həlli yollarının axtarışında Rusiyaya ardıcıl kömək edir, həmçinin əsirlərin və digər şəxslərin mübadiləsi ilə bağlı humanitar məsələlərə dəstək göstərir.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR