Putin Çinə nüvə çamadanı ilə gedibmiş

Putin Çinə nüvə çamadanı ilə gedibmiş
DÜNYA
02:23 19.11.2026
84
Rusiya Prezidenti Vladimir Putinin nüvə çamadanı Çinin Şençjen şəhərində keçirilən APEC sammiti zamanı kameralara tuş gəlib.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı və jurnalist Yevgeni Popov məlumat verib.

O, Rusiya prezidentinin adyutantının əlindəki qara portfelə diqqət yetirərək onun içərisində nə olduğunu öyrənməyə çalışıb.

Jurnalist adyutantdan bunun həqiqətən də strateji nüvə silahlarının idarə olunması üçün nəzərdə tutulan qurğu olub-olmadığını soruşub.

"Bəli, elə odur", - deyə adyutant cavab verib.

"Çeqet" adlanan nüvə çamadanı "Kazbek" sisteminin daşınan terminalıdır. O, dövlət başçısı ilə ali hərbi komandanlıq arasında təhlükəsiz rabitəni təmin edir və nüvə silahından istifadə ilə bağlı əmrlərin ötürülməsinə imkan yaradır.

Bununla belə, qurğunun özü raketləri birbaşa işə salmır. Müvafiq göstərişlər Baş Qərargaha daxil olur və oradan komandanlıq zənciri üzrə ötürülür.

Bu sistem sayəsində ali baş komandan harada olmasından asılı olmayaraq, nüvə silahından istifadə ilə bağlı qərar qəbul etmək imkanını qoruyub saxlayır.

///oxu.az
OXŞAR XƏBƏRLƏR