Bayrağa salam verəndə maşın vurdu

Bayrağa salam verəndə  maşın vurdu
DÜNYA
01:23 19.11.2026
60
Türkiyədə binanın fasadından asılan Türkiyə bayrağına salam verən 43 yaşlı Mahmut Avcını avtomobil vurub.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, son günlər həmin binanın qarşısına gələrək bayrağı salamlayan Mahmut Avcı noyabrın 17-də axşam saatlarında yenidən əraziyə gəlib.

O, bayrağa salam verərək geriyə doğru hərəkət etdiyi zaman avtomobilin zərbəsinə tuş gəlib.

Ətrafdakıların çağırışı ilə hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Xəstəxanaya yerləşdirilən Avcının vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisə mobil telefonun kamerasına düşüb. Görüntülərdə kişinin geriyə doğru addımladığı zaman avtomobil tərəfindən vurulduğu əks olunub.

Sürücünün şəxsiyyəti və avtomobilin dövlət qeydiyyat nişanı hələlik məlum deyil. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
OXŞAR XƏBƏRLƏR