Rusiya Prezidenti Vladimir Putin ölkə ərazilərinin əhalisizləşməsinin qarşısının alınmasına çağırıb.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, o, hakimiyyət üçün kiçik şəhərləri prioritet hesab edən siyasətin davam etdirilməsinin vacibliyini vurğulayıb. Putin deyib ki, bu yaşayış məntəqələrini dəstəkləmək və əhalinin təbii artımına nail olmağa çalışmaq olduqca əhəmiyyətlidir.
Rusiya Prezidenti demoqrafik məsələyə sadəcə ritorika kimi deyil, fundamental bir məsələ kimi yanaşdığını deyib. Putin Rusiyada insanları təkcə ailə qurmağa deyil, həm də çoxuşaqlı ailələrə sahib olmağa təşviq edən şəraitin yaradılmasının vacibliyini xüsusi qeyd edib.











































