Putin Zelenski ilə görüşməyə hazırdır: Son nöqtə olmalıdır

Putin Zelenski ilə görüşməyə hazırdır: Son nöqtə olmalıdır
DÜNYA
01:56 10.05.2026
253
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin hazırda sona çatdığına inanır.

Bu barədə Rusiya lideri jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Düşünürəm ki, (Rusiya ilə Ukrayna arasında - Qeyd) münaqişə sona çatır", - deyə o qeyd edib.

Kreml rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskinin onunla görüşmək istəyinə də münasibət bildirib. Putin Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə, yalnız müqaviləni imzalamağa hazır olduğunu vurğulayıb.

"Ukrayna tərəfi, cənab Zelenski, şəxsi görüş keçirməyə hazırdır. Bu tədbirdə iştirak etmək və ya nəyisə imzalamaq danışıqların özü deyil, son nöqtə olmalıdır".

/report
OXŞAR XƏBƏRLƏR