Putinlə Tokayev arasında telefon danışığı oldu

Putinlə Tokayev arasında telefon danışığı oldu
DÜNYA
14:21 13.01.2022
354
Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Comərt Tokayev arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

İki ölkə prezidentləri sülhməramlıların Qazaxıstandakı fəaliyyətini müzakirə ediblər.

"Qazaxıstan Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səmərəli fəaliyyətini nəzərə alaraq ölkədə, nəhayət, asayişin bərpası üzrə tədbirlər haqqında məlumat verib.

Sülhməramlı kontingentin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasına başlanması ilə bağlı məsələlərə dair fikri mübadiləsi aparılıb”, - Kremldən bildirilib.
OXŞAR XƏBƏRLƏR