Qız qalasının işıqları belə söndürüldü (VİDEO-FOTO)

GƏNCLİK
06:27 27.03.2011
2648
Azərbaycanda isə “İRƏLİ” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Earth Hour kampaniyası keçirilib. Bakıda təşkil edilən tədbir bir neçə hissədən ibarət olub. Təlim, şəhər oyunu və ekoloji aksiyalardan sonra iştirakçılar Qız Qalası ətrafında toplaşaraq abidənin işıqlarını təbiətin qorunması simvolu olaraq 1 saatlıq söndürüblər. Aksiyada 100-dən çox "İrəli" üzvü iştirak edib. Paytaxt sakinləri də kampaniyaya qoşulublar.

Qeyd edək ki, "Earth Hour" aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Həmin aksiya zamanı 2,2 milyon şəhər sakini və 2 mindən çox təşkilat qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq bir saatlıq elektrik enerjisindən istifadəni dayandırmışdılar. 2008-ci ildə iştirakçı ölkələrin sayı 88-ə, 2010-cu ildə isə 126-ya çatıb. Aksiya ənənəvi olaraq mart ayında keçirilir və könüllü xarakter daşıyır. İctimai yerlərdə təhlükəsizlik məqsədilə quraşdırılan küçə fənərlərini, işıqları söndürmək qadağandır.

AZXEBER.COM portalı Bakının simvolu olan Qız Qalasının işıqlarının söndürün gəncləri və həmin anları təqdim edirik.

 

 

 

OXŞAR XƏBƏRLƏR