"Qaçaq Koroğluya heykəl qoymuşuq" - Deputat

"Qaçaq Koroğluya heykəl qoymuşuq" - Deputat
SOSİAL
21:15 12.06.2018
13831
Şəxsən mən "Dəvəçi"nin "Şabran" adlandırılmasının tərəfdarı deyildim, bu gün də onun əleyhinəyəm.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentdə 15 rayonda yer adlarının dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, buna ehtiyac yox idi:

""Dəvəçi" təmiz türk sözüdür. Amma təəssüf ki, "Dəvəçi"nin adı "Şabran"la əvəzləndi. Eyni zamanda, hesab edirəm, Xanlar rayonun adı "Göygöl"dənsə, "Yelenendorf" olsa, daha yaxşı olardı. Çünki burada uzun illər almanlar da yaşayıb, həmin yerin adı da bir zamanlar belə adlanıb və yenidən almanların, Almaniyanın buraya marağını nəzərə alaraq, belə dəyişikliyə getmək daha düzgün olardı".

Akademik, Milli  Məclisin (MM) komitə sədri Rafael Hüseynov isə Xanlar rayonunun adının Cavadxan adlandırılmasının daha düzgün olduğunu bildirib:

"Mən o zaman Xanlar rayonunun adı dəyişdirilərkən demişdim ki, bu bölgənin adı "Cavadxan" olsun. Amma çox təəssüflər olsun ki, o zaman bu təklifimi nəzərə almadılar".

MM-in digər komitə sədri Siyavuş Novruzov da Xanlar rayonunun adının, əslində, "Yelenendorf" adlandırılmasının düzgün olduğunu söyləyib:

"Burada almanlar yaşayıb, ona da ad veriblər. İndi "Xanlar"ın "Göygöl" adlandırılmasının nə mənası var?! Şəhriyar ən böyük azərbaycanlıdır. Amma "adamı" olmadığı üçün adına bir küçə də yoxdur.

Şah İsmayıl Xətayinin heykəlinin aparıb iki küçənin ortasına qoymuşuq. Amma qaçaq Koroğluya parkın, şəhərin ən gözəl yerində heykəl qoymuşuq".

Spiker Oqtay Əsədov isə S.Novruzova iradını bildirib:

"Eposlarımıza sataşma. Koroğlu qaçaq olmayıb".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
20:38 02.07.2026
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
"Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
20:30 02.07.2026
"Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:24 02.07.2026
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
20:11 02.07.2026
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
20:00 02.07.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?