AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, vətəndaş iddia edir ki, artıq bununla neçə dəfədir ki sahildə bu mənzərə müşahidə olunur.
Mövzu ilə bağlı Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyir ki, Sənaye balıqçılığında moratoriumun sentyabrın 1-dək olmasına baxmayaraq qanunsuz balıq ovu və brakonyerlik kimi hallara hələ də rast gəlinir.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura mərkəzindən bildirildi ki, "ölkə ərazisində balıq eytiyatlarının qorunması və qanunsuz ovun qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə reydlər və maarifləndirmə tədbirləri davam etdirilir; cari ilin yanvar may ayları ərzində keçirilən nəzarət tədbirləri nəticəsində qanunsuz ovla məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, aşkar edilən qayda pozuntuları üzrə protokol və aktlar tətbiq edilərək qanunvericiliyə uyğun cərimələr tətbiq olunub.











































