Hindistanda qadın faciəvi şəkildə həyatını itirib, onun ölüm anı isə müşahidə kameraları vasitəsilə lentə alınıb.
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, sözügedən ölkədə binaların birində şüşə silən qadın tarazlığını itirərək yıxılıb. Qadının yıxılma anında ətrafda insanlar olub. Onlar qadını hündürlükdən düşərkən tutmağa çalışıblar. Lakin buna nail olmayıblar.
Nəticədə yıxılan qadın hadisə yerindəcə keçinib. Onun betonun üstünə düşdüyü bildirilir.
Çəkilən video sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik: