ABŞ-ın Sent-Luis şəhərində pul vermədiyi üçün ərini yandıran qadın həbs edilib.
Hadisə baş verən zaman 51 yaşlı kişi qarajda maşınını təmir edirmiş. Bu zaman arvadı Uillen Kollinz ona yaxınlaşaraq pul istəyib.
Kişi arvadına pul verməkdən imtina edib. Uillen isə qarajdakı yanacağı götürərək ərinin üstünə töküb. Sonra məkrli qadın alışqanı yandıraraq onun üstünə atıb. Kişi ağır yanıq xəsarətləri alsa da, sağ qalıb.
Polis Uillen Kollinzi saxlayıb.