Özünü itirən qadın nə edəcəyini bilməyib.
AZXEBER.COM-un məlumatına görə, hadisə Yeni Zelandiyada baş verib.Ölkənin Danidin şəhərində yaşayan qadın super-yapışqanı krem zənn edərək, təsadüfən onu dodaqlarına çəkib. “Otago Daily Times”-ın yazdığına əsasən, otaq qaranlıq olduğundan, qadın tübiki götürsə də, onun üzərindəki yazını görə bilməyib.Bir neçə saniyədən sonra onun dodaqları bir-birinə yapışıb. Qadın yardım xidmətinə zəng etsə də, dodaqları bir-birinə bitişdiyindən, baş verən hadisə barədə heç nə deyə bilməyib. O, sadəcə dodağının altında mızıldana bilib. Bu barədə hadisə yerini yoxlamağa gələn polis əməkdaşı məlumat verib.Qadının evinə gələn polislər onu sağ-salamat görsələr də, məsələnin nə yerdə olduğunu bir qədər sonra başa düşüblər. Sakin tibb müəssisəsinə çatdırılıb və orada ona yardım göstərilib.