Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
SOSİAL
10:55 24.08.2026
252
Ağdaşda ana-oğul bıçaqlanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib.

Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR