Qadınlar Elmira Süleymanovanı dəvət etdilər– MƏKTUB

Qadınlar Elmira Süleymanovanı dəvət etdilər– MƏKTUB
Bütün Xəbərlər
15:34 02.04.2012
1305

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasından ibarət QHT Koalisiyası İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya məktub ünvanlayıblar. AZXEBER.COM portalı həmin məktubu təqdim edir.

Hörmətli Elmira xanım,

Sizi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində maliyyələşən və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə” layihəsinin maraqlı tərəflər və ictimaiyyət üçün təqdimatına dəvət edirik.

Layihə, Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı seçkiliyin ləğvi üzrə Komitəsi 20 iyul-07 avqust 2009-cu il tarixində keçirdiyi 44-cü sessiyada Azərbaycan Hökumətinin “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında ”Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsinə hökumətlə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Layihə çərçivəsində, qadınlar üçün bütün sahələrdə bərabər hüquqların təbliği ilə yanaşı, 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanun”un icra mexanizmlərinə dair təkliflərin hazırlanması, polis orqanlarında qadınlarının sayının artırılmasına dair təkliflər, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Komitəsinə kölgə hesabatının hazırlanmasına dair modlun və siyasət sənədinin hazırlanmasını nəzərdə tutur.

Layihə çərçivəsində hazırlanmış mesajlar:

Bərabər iş – Bərabər məvacib!

Bərabər hüquq – Bərbər imkanlar!

Bərabər peşə - bərabər seçim!

Layihənin təqdimat mərasimində layihəni həyata keçirən təşkilatlar, millət vəkilləri, layihənin ictimai vəkilliyinin həyata keçirilməsində maraqlı təşkilatlar, hüquqşünaslar, tanınmış simalar, KİV nümayəndələri iştirak edəcək.

Tədbir 04 aprel 2012-cu il tarixində Beynəlxalq Mətbuat Mərkəzində saat 12.00-dan.13.00-dək keçiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR