Ərlərini qumar oynamaqdan çəkindirə bilməyən qadınlar onları polisə "satıblar”.
"Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Mardin şəhərində baş verib.
Bildirilir ki, qadınlar polislərə ərlərinin toplaşdığı ünvanı veriblər. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən ünvanda əməliyyat keçiriblər.
Nəticədə, səkkiz nəfər qumar oynadıqları yerdə saxlanılıb.