"Qadınlara qarşı zorakılığa yox!"

"Qadınlara qarşı zorakılığa yox!"
MARAQLI
21:58 29.11.2011
1642

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi növbəti tədbirini keçirib

Bu gün Azərbaycan Media Mərkəzində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “Qadınlara qarşı zorakılığa yox” adlı tədbir keçirdi. AZXEBER.COM-un məlumatına görə, tədbirin keçirilməsində məqsəd “Təmiz Dünya” Birliyinin bütün dünyada keçirilən 16 günlük aksiyaya qoşulmasıdır. Tədbirdə ailədə zorakılığa məruz qalmış, ailə zorakılığı zəminində öldürülən bir qism qadınların adları ağ vərəqlərdən ibarət lövhələrdə masanın üzərinə düzülmüşdü. Bundan başqa tədbir təşkilaçıları sülh rəmzi olaraq sinələrinə ağ lent asmışdılar. Tədbirdə çıxış edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilk olaraq tədbir haqda danışdı. Daha sonra o, ictimai birliyin 16 günlük aksiyaya qoşulması, bu aksiyanın əhəmiyyəti haqda məlumat verdi. Qeyd edək ki, zorakılıq dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində geri qalmış ölkələrə nisbətən azdır. Zorakılıqla mübarizədə ən böyük problem zorakılığın aşkarlanmasıdır. Qadınlar adətən utandıqları üçün zorakılığa məruz qaldıqlarını gizlədirlər. 16 günlük aksiyanın qadınlara qarşı hər cür zorakılığa reaksiyanı artırmaq yönündə böyük əhəmiyyət daşıyır. 16 günlük aksiya özündə 16 addımı birləşdirir. Bunlar arasında beynəlxalq və regional razılaşmaları təsdiqləmək, qanunlar qəbul etmək və onların tətbiqini təmin etmək, milli və yerli Fəaliyyət planlarının hazırlanması, müharibə gedən ölkələrdə, iş yerlərində qadınların zorakılığa məruz qalması, seçki zamanı qadınların hüquqlarının pozulması, qadınların odlu silahla öldürülməsi və s. məsələlər var. Qeyd edək ki, Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “Qadınlara qarşı zorakılığa yox” aksiyası altında noyabrın 25-də Bakının ən sıx küçələrində paytaxt sakinlərinə ağ çiçəklər paylayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər