Alimlər hesab edirlər ki, belə qadınlar rasionlarına omeqa-3 turşuları ilə zəngin balıqları daxil etsələr, doğuş sonrası depressiyadan qurtula bilərlər.AZXEBER.COM-un Lancet-ə istinadən verdiyi xəbərə görə, Kanadadakı Monreal Universitetində aparılmış araşdırmaların nəticələrinə görə, yeni ana olmuş qadınlarla yanaşı, 19-35 yaşlı xanımlarda da depressiya az qala adi hala çevrilib.Uşaq anadan olandan sonra situasiya daha da ağırlaşa bilər.Doğuş sonrası depressiya sağlam qadının orqanizminə çox mənfi təsir etməklə yanaşı, uşağın inkişafında da problemlər yaradır.Halbuki omeqa-3 turşuları ananın beynindəki serotoninin miqdarını artırır və onun əhvalını yaxşılaşdırır.Sen-Jüstin Ana və Uşaq Hospitalının nəzdindəki Tədqiqat Mərkəzinin professoruQebriel Şapironun sözlərinə görə, qadınların orqanizmində omeqa-3 turşularının qıtlığı hamiləlik zamanı belə birləşmələrin plasenta vasitəsilə bətndəki körpəyə ötürülməsi nəticəsində yaranır.Sonra uşaq doğulur və ana orqanizmindəki omeqa-3 turşularının böyük qismini südü vasitəsilə körpəsinə verir. Beləliklə, omeqa-3 turşularının çatışmazlığı doğuşdan sonra ən azı 6 həftə ərzində hiss olunur.