Bu həftə bütün Türkiyənin həyəcanlı gözlədiyi "Fənərbaxça" - "Qalatasaray" derbisi baş tutacaq.
AzxeberSport derbi ilə bağlı geniş yazı hazırlayıb.
Həmin yazını təqdim edirik:
İlk dəfə 1909-cu ildə qarşılaşan "Fənərbaxça” və "Qalatasaray” derbisi ikincilərin 0:2 üstünlüyü ilə yekunlaşıb.
İlk matçdan sonra qızğın rəqabətə girən iki İstanbul klubunun görüşləri daim azarkeşlərin diqqəti mərkəzində olur. Müəyyən vaxtlarda "Qalatasaray”, müəyyən vaxtlarda isə "Fənərbaxça” azarkeşləri ardıcıl qələbələrə seviniblər. Sarı-qırmızılar 7:0-lıq qələbələriylə, rəqibləri isə 6:0-lıq uğurları ilə öyünürlər.
Super liqada "Fənərbaxça” öz meydanında sonuncu dəfə 1999-cu ildə "Qalatasaray”a məğlub olub. Artıq 20 ildir ki "Qalatasaray” rəqib meydanda "Fənərbaxça”ya qalib gələ bilmir. Bu müddət ərzində 20 Super liqa matçında Kadıköydə qonaq olmuş "Qalatasaray” 14 dəfə məğlubiyyət, 6 dəfə isə bərabərlik alıb. Hər iki tərəf matça qələbə ümidilə çıxsa da, derbilərdə daim gözlənilməz nəticələr qeydə alınır.
Artıq 20 ildir ki,"Qalatasaray” rəqibinin ən çətin dövrlərində belə "Fənərbaxça”nı Kadıköydə məğlub edə bilmir. Bunun səbəbi bəlli deyil. Kimiləri meydançanın tilsimləndiyini, kimiləri isə "Fənərbaxça”nın "Qalatasaray”a qarşı ev matçlarında daha inamlı mübarizə etdiyinə inanır.
İki komanda bu günədək 390 dəfə qarşılaşıb. Bu matçların 147-də "Fənərbaxça”, 122-də "Qalatasaray” qalib gəlib, 122 matç isə bərabərə yekunlaşıb. "Fənərbaxça”lı azarkeşlərin bəziləri "Qalatasaray”ın bu qalibiyyət həsrətinin daha neçə il davam edəcəyini söyləyir.
"Qalatasaray”ın "Fənərbaxça”nı Kadıköydə son dəfə məğlub etməyindən bu yana keçən illər ərzində "Cimbom” 1 dəfə Avropa Kuboku, 1 dəfə Avropa Superkuboku, 10 dəfə Türkiyə super liqasının çempionu, 7 dəfə Türkiyə kuboku, 6 dəfə Türkiyə Super kubokunun sahibi olmuşsa, "Fənərbaxça” bu illər ərzində 6 dəfə Türkiyə super liqasının çempionu, 3 dəfə Türkiyə Super kuboku, 2 dəfə Türkiyə kubokunun sahibi olub.
Son 20 ilə nəzər salsaq qəribə statistikanın şahidi olacağıq.
"Qalatasaray” Kadıköydəki son 20 Super liqa matçında cəmi 18 dəqiqə "Fənərbaxça”dan üstün olub. İki komanda arasında oynanılan son derbi Türk Telekom Arenada 0:0 hesabı ilə yekunlaşıb. Hazırda daha formada olan komanda Fatih terimin çalışdırdığı "Qalatasaray” dır. Statistikaya nəzər salsaq sarı-qırmızılar son 6 liqa matçının hamısında 3 xal qazanmağə bacarıblar. Ərsun Yanalın baş məşqçisi olduğu "Fənərbaxça” isə enişli-yoxuşlu qrafika görünür. Türkiyəli futbol mütəxəssizləri Ərdun Yanalın "Fənərbaxça”da qalıb-qalmayacağının bu matçın taleyinə bağlı olduğunu deyirlər. Əgər bərabərlik və ya məğlubiyyət gələrsə, bu derbi Yanalın son matçı olacağını söyləyirlər.
Ölkəmizdə də kifayət qədər maraqla izlənən "Fənərbaxça”-"Qalatasaray” derbisi öncəsi hər iki komandada ciddi itkilər diqqət cəlb edir. "Fənərbaxça”da Qarri və Əmrə, "Qalatasaray”da isə Lemina zədə səbəbindən derbidə olmayacaq.
Əsəblərin gərildiyi, sarı və qırmızı vərəqlərin uçuşduğu "Fənərbaxça”-"Qalatasaray” derbisi fevralın 23-ü saat 20:00-dan beinSportsdan canlı yayımlanacaq.