"Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

"Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri
İDMAN
01:10 14.10.2026
190
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin ikinci turunda "Qalatasaray" doğma meydanda "Barselona"nı qəbul edib.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 1:4.

Matçda hesabı 28-ci dəqiqədə Aleksey Batrakov açaraq İstanbul təmsilçisini önə çıxarıb. Bu, "Qalatasaray"ın oyundakı yeganə qolu olub. Lakin "Barselona" futbolçuları dörd dəfə fərqlənərək əzmkar qələbə qazanıblar. Kataloniya təmsilçisinin heyətində Joau Kanselu (43), Fermin Lopes (50), Entoni Qordon (53) və Kərim Adeyemi (65) qol vurublar.

Günün digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

- "Lans" - "Sportinq" - 0:2;

- "Sabah" - "Slaviya Praqa" - 2:0;

- "Arsenal" - "Lill" - 3:0;

- "Atletiko Madrid" - "Mançester Yunayted" - 2:0;

- "İnter" - "Brügge" - 3:4;

- "Leypziq" - PSV - 1:0;

- "Vikinq" - "Bavariya" - 3:3;

- "Vilyarreal" - "Napoli" - 3:1.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR