"Qalatasaray" ilə yollarını ayıran İkardi karyerasına Türkiyədə davam edəcək?

"Qalatasaray" ilə yollarını ayıran İkardi karyerasına Türkiyədə davam edəcək?
İDMAN
21:25 04.08.2026
158
"Qalatasaray"la müqaviləsi başa çatdıqdan sonra klubla yollarını ayıran Mauro İkardi ilə bağlı gözlənilməz transfer iddiaları yayılıb.

Bu barədə AZXEBER.COM "Haber Global"a istinadən məlumat verir.

Bildirilib ki, sarı-qırmızılar ilə iyunun 30-da müqaviləsi başa çatan argentinalı ulduzla sosial mediadan etdikləri paylaşımla vidalaşıblar. İkardi özü hər hansı açıqlama verməyib. O, həmçinin "Qalatasaray" rəhbərliyinin vida matçının təşkilinə dair dəvətini də cavablandırmayıb.

Lakin Mauro İkardinin meneceri Elio Pino oyunçunun karyerasını Argentinada deyil, Avropada davam etdirəcəyini açıqlayıb.

ESPN nəşrinə müsahibəsində Elio Pino bildirib ki, İkardinin Argentina futboluna getmək istəyi yoxdur, onun bütün istəyi və hədəfi Avropada qalmaq istiqamətindədir.

Həmçinin yayılan xəbərlərə görə, Mauro İkardi "Qalatasaray"dan sonra karyerasını Türkiyədə də davam etdirə bilər. Belə ki, "Beşiktaş"ın İkardiyə təklif göndərdiyi və argentinalı ulduzun bu təklifi nəzərdən keçirdiyi iddia olunur.
OXŞAR XƏBƏRLƏR