'Qan Donorları Assosiasiyası' 'Marneuli Gənc Mərkəzi'ylə anlaşdı

GƏNCLİK
01:42 30.12.2011
1818

27 dekabr 2011-ci il tarixindən etibarən "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov vəbirliyin tibbi işlər üzrə koordinatoru eyni zamanda Azərbaycan Tibb Universtetinin SIFE Komandasının kapitanıSərxan Şükürov Gürcüstanda rəsmi səfərdədir.

AZXEBER.COM-un məlumatına görə, səfərin əsas məqsədi Gürcüstanın “Marneuli Gənc Mərkəzi” ilə gələcək fəaliyyət istiqamətlərinin formalaşdırılması və əməkdaşlıq memarandumunun imzalanmasından ibarətdir. Eyni zamanda səfər çərçivəsində Səhiyyə sahəsində fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. 

Səfərin ilk günü 28 dekabr tarixində Qan xeyriyyəçiləri Tbilisi şəhərində fəaliyyət göstərənQan Bankı MMC-də görüşdə olublar. Görüş əsasında Qan bankı ilə yaxından tanış olunmuş və donorluğunun inkişafında birgə fəaliyyət müzakirə olunmuşdur. Görüşdə iştirak edən Qan Bankı MMC-nin direktoruDavid Loliaşvili Gürcüstanda qan donorluğu proqramı haqqında geniş məlumat vermiş, assosiasiyamızın fəaliyyəti, qanver.az saytı ilə yaxından tanış olmuş və gələcəkdə əməkdaşlığın önəmini vurğulamışdır.

Günün ikinci yarısı Gürcüstanın Rustavi şəhərində yerləşən “Uşaqlar və Ətraf mühit” İctimai Birliyi ilə görüş keçirilmiş, görüşdə birliyin prezidenti Nana İaşvili də iştirak etmişdir. Bu görüşdə də qarşılıqlı əlaqələr müzakirə olunmuş və gələcək əmakdaşlıq barədə razılığa gəlinmişdir. Daha sonra hər iki tərəfin iştirakı ilə valideyn himayəsinə ehtiyac olan uşaqların hazırladığımusiqili əyləncəli proqrama qatılan birlik üzvləri xoş təəssuratlarla ayrılmışlar.

Qeyd edək ki,görüşlər Marneuli Gənclər Mərkəzinin idarə heyəti üzvlərinin iştirakı və təşkilatçılığı ilə aparılmışdır.

OXŞAR XƏBƏRLƏR