Qanlı Ay tutulması baş verdi

Qanlı Ay tutulması baş verdi
MARAQLI
12:07 14.03.2025
819
Dünya səmada ən təsirli təbiət hadisələrindən birinə şahid olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanlı Ay tutulması gecə saatlarında müşahidə edilib
 
Milyonlarla insan bu unikal anı izləmək üçün səmaya üz tutub.
 
Qanlı Ay tutulması tam Ay tutulması zamanı Günəş, Yer və Ay düzüldükdə baş verir. Yerin kölgəsi Ayı tamamilə örtdükdə, Ay qırmızıya çevrilir. Bu rəng dəyişikliyi Yer atmosferindən keçən günəş işığının sınması və Aya çatan işığın daha çox qırmızı tonlarda olması səbəbindən baş verir.
 
Tutulma xüsusilə Amerika, Avropa və Asiyanın bəzi yerlərində aydın şəkildə müşahidə olunub. Astrofotoqraflar və səma həvəskarları tutulmanı izləmək və fotoşəkil çəkmək üçün açıq ərazilərə axışıblar.

Qanlı Ay tutulmasının möhtəşəm mənzərəsi sosial mediada böyük marağa səbəb olub. Təbiətin səmada təqdim etdiyi bu təsirli şou tamaşaçılara unudulmaz anlar yaşadıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR