“Qanuni oğru”lar arasında savaş başladı - Türkiyədə “sxodka“: “Şakro” kral deyil! ”

KRİMİNAL
15:57 16.04.2019
5188
Məlum olduğu kimi, məşhur "qanuni oğru” Tariel Oniani ("Taro”) ötən həftə azadlığa buraxılıb. "Taro” 10 il idi ki, Orenburq vilayətindəki "Qara delfin” adlandırılan ciddi rejimli həbsxanada cəza çəkirdi. Bildirilirdi ki, o, uzun müddətli həbsdə olan Zaxari Kalaşovdan ("Şakro Molodoy”) sonra Rusiya kriminalının əsas lideri olmağa iddialıdır.

Oninaninin Türkiyədə məskunlaşacağı deyilirdi. Çünki "Taro” həbsdən çıxan ərəfədə Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanun imzalayıb. Qanuna görə, cinayətkar qruplaşmaların lideri kimi tanınmış şəxslər 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməlidir. Qanunun əsas mahiyyəti bundan ibarətdir ki, "qanuni oğru” kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsas olacaq.

Hazırda "Taro”nun harada olduğu barədə dəqiq bilgi olmasa da, onun başçılıq etdiyi "Kutaisi klanı” Türkiyədə cinayət aləmini qarışdıran "sxodka” ("oğru toplantısı”) keçiriblər. Toplantıya Teymuraz Nemsitsveridze ("Çripa”), Roman Cəfərov ("Romik Kürd”), Laşa və başqa "qanuni oğru”lar qatılıb. Yığıncaqda liderliyi isə "Taro”nun ən yaxın adamlarından olan "Dato Surqut” ləqəbli David Çxikvişvili edib.

"Oğruların” toplantısında yeni "qanuni oğru” taclandırılıb ki, bu da cinayət aləmində geniş rezonans və qarşıdurma yaradıb. Toplantıda "Aktan” kimi tanınan Orta Asiya cinayətkar qruplaşmasının üzvünə "ad” verilib. Yarı özbək- yarı qırğız olan "Aktan” yaxınlarda Dubaydakı həbsxanada 10 illik cəzasını başa vurub. Mənbənin verdiyi məlumata görə, onun "qanuni oğru” adı almasına özbəkistanlı iş adamı və xeyriyyəçi, Beynəlxalq Boks Federasiyasının rəhbəri Qafur Rəhimov kömək edib.
48 yaşlı "Aktan”ın taclanması qəzəb doğurub. Əvvəla, o səbəbdən ki, "sxodka”da iştirak edənlərdən iki nəfərinin "qanuni oğru” adı şübhəlidir. İkinci ən mühüm səbəb isə budur ki, "Şakro Molodoy” 3 ildir ki, "qanuni oğru” adı verilməsinə moratorium qoyub ki, bu, hələ də qüvvədədir. Məlumatlara görə, "Aktan”ı müdafiə edənlər əvvəl "Şakro” ya müraciət edib, amma o, bu təklifdən imtina edib. "Taro” azadlığa çıxan kimi isə "Kutaisi" klanı "Şakro” nu saymayıb və belə bir addım atıb.

"Kutaisi" klanı elan edib ki, "Şakro kral deyil, şef deyil, hər kəs kimi bir səsə sahibdir". Bu isə Rusiya cinayət aləmində lider olmağa iddialı olan "Taro” ilə "Şakro”nun qarşı-qarşıya gəlməsi deməkdir. Rusiya mənbələri yazır ki, artıq gözlənilən savaş başlamış hesab oluna bilər.
 
///Musavat.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:54 20.10.2020

İlham Əliyev: "Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram"

14:52 20.10.2020

İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM

14:41 20.10.2020

SON DƏQİQƏ! Ermənistan geri çəkildiyini açıqladı

14:36 20.10.2020

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” - FOTO

14:34 20.10.2020

Son dəqiqə! Az sonra İlham Əliyev xalqa müraciət edəcək

14:32 20.10.2020

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib - VİDEO

14:19 20.10.2020

Ermənistandan daha bir mənfur addım: Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

14:08 20.10.2020

Türkiyə parlamentinin sədri Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

13:42 20.10.2020

Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

13:33 20.10.2020

Türkiyə parlamentinin sədri Gəncədədir - FOTO

13:09 20.10.2020

Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur - RƏSMİ

13:03 20.10.2020

MN: Döyüş əməliyyatları uğurla davam edir- FOTO

12:50 20.10.2020

XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir

12:35 20.10.2020

İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır - RƏSMİ

12:32 20.10.2020

“WarGonzo” Qarabağdan qaçdı

12:20 20.10.2020

Müntəzəm və ekspress xətt avtobuslarının intervalında ciddi gecikmələr olub