“Qapanma qərarı yoluxma dinamikasından asılı olacaq”

“Qapanma qərarı yoluxma dinamikasından asılı olacaq”
TOP4
10:18 18.03.2021
2391
"Son günlər dünyada və eləcə də ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının "üçüncü dalğa” adlandırılmasını doğru hesab etmirəm. Çünki ilk dalğa, var olan infeksiya bütün dünyada davam edir. Virusa yoluxma tamamilə sıfırlanmır və yenisi yaranmırsa, bu elə birinci dalğanın davamıdır. Sadəcə,  prosesə insan faktoru təsir göstərir”.

AZXEBER.COM xəbər verir ki, bunu dünyada COVİD-19-a yoluxmada "üçüncü dalğa” və Azərbaycandakı vəziyyətlə bağlı Modern.az-a danışan İşçi qrupunun rəhbəri, həkim- infeksionist Vasif Əliyev bildirib.

V.Əliyev bunun səbəbini qapanmlara gedildikdən sonra yoluxma sayının tamamilə yox olmaması ilə izah edib:

"Qapanmalara gedildikcə yoluxma sayı azalır, amma tamamilə yox olmur, infeksiyanın yayılması az da olsa davam edir. Təbii olaraq, yumşaldılmalara gedildikcə, insanlar arasında təmaslar artdıqca, yoluxma sayı da artır. Bu da normaldır, üçüncü dalğa deyil. Var olan baryerin götürülməsilə infeksiyanın artmasıdır.

Avropa ölkələrində yoluxma sayı artmaqdadır, buna həmin yerlərdə qeydə alınmış mutasiyalar da təsir edir. Eyni zamanda, qapanma sonrası yoluxma sayındakı azalma ilə yumşaldılmalara gedilməsi daha sonra xəstə sayının artımına səbəb olur. Məhdudiyyətlərin aradan qaldırılması insanlarda arxayınlığa, tələb olunan qaydalara əməl etməmələrinə gətirib çıxarır. Nəticədə virus da artmağa başlayır. Proses Azərbaycanda da belədir, bu, üçüncü dalğa yox, var olan infeksiyanın mərhələli gedişatıdır.

Əvvəlki təcrübələrdən də məlum olduğu kimi yumşaldılmara gedildikcə, xəstəliyin artacağı gözlənilən idi. Bunu daha əvvəl də yaşamışıq, ona görə say artımı sürpriz olmadı. Məsələ burasındadır ki, qapanmaların uzunmüddətli tətbiqi bütün sahələrə mənfi təsir edir. Amma insan sağlamlığı əsas götürüldükdə qapanmalar qaçılmaz olur”.
 
İnfeksionistin sözlərinə görə, xəstəxanlarda COVID-19 xəstələrinin müalicəsilə bağlı müəyyən təcrübə formalaşıb:

"Bir ildən artıqdır ki, xəstəxanlar COVID-19 xəstələrinin qəbulu, müalicəsiylə məşğuldurlar. Bununla bağlı bəlli təcrübələr toplanıb, sistem formalaşıb, həkimlərin bu sahədə məlumatları artıb. Bu baxımdan hazırda xəstəxanlarda çarpayı sayı, həkim çatışmazlığı kimi hansısa problem yoxdur”.

V.Əliyev qarşıdan gələn bayram günlərində vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:

"Bir həkim kimi tövsiyəm odur ki, daha əvvəl yaşadığımız qapanmaları yaşamamaq üçün mütləq şəkildə yaxın təmasdan uzaq olmalıyıq. Yaxşı olar ki, insanlarımız bayramı öz evlərində qeyd etsin, bir-birinin evinə qonaq getməsin, kütləvi toplaşma olmasın. Qapanmaların olub-olmayacağı yoluxmanın dinamikasından və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq. Biz TƏBİB olaraq qapanma və açılmalarla bağlı qərar vermirik. Qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan qurumların birgə təkliflərinə əsasən verilir. Verilən qərarlar isə ümumi vəziyyət qiymətləndirilərək və insanların sağlamlığı əsas götürülərək qəbul edilir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
20:46 19.10.2026
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
20:38 19.10.2026
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
20:33 19.10.2026
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
20:28 19.10.2026
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
20:20 19.10.2026
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
BTQ: Parisdə polis bir kanakı amansızcasına döyüb
20:14 19.10.2026
BTQ: Parisdə polis bir kanakı amansızcasına döyüb
Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
20:09 19.10.2026
Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
20:04 19.10.2026
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
20:00 19.10.2026
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Macarıstanda 70-dən çox məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
19:57 19.10.2026
Macarıstanda 70-dən çox məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
19:28 19.10.2026
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb