Türkiyənin Düzcə vilayətinin Akçakoca rayonunda sahilə PUA-ya bənzər naməlum obyekt çıxıb. Bu barədə "CNN Türk” məlumat yayıb. Obyektin vətəndaşlar tərəfindən aşkarlandığı, daha sonra hüquq mühafizə orqanlarına xəbər verildiyi bildirilir. Əraziyə Sahil Mühafizə və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb və sahildəki vətəndaşlar ərazidən uzaqlaşdırılıb. Sahilə çıxan obyektin mənşəyinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.