Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
İQTİSADİYYAT
16:31 02.07.2026
272

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Unibank ixrac və idxal əməliyyatlarının dəstəklənməsi, eləcə də Azərbaycan bizneslərinin, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) maliyyələşməyə çıxışının artırılması məqsədilə ticarət maliyyələşdirmə xətti üzrə 7 milyon ABŞ dolları məbləğində saziş imzalayıblar.

Yeni maliyyə xətti beynəlxalq ticarətin dəstəklənməsinə və Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə xidmət edəcək. 

Maliyyə xətti uyğun ticarət əməliyyatları üçün qısamüddətli maliyyələşdirmə təmin edəcək, şirkətlərin ticarət fəaliyyətinin davamlılığını dəstəkləyəcək və onların regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirəcək.

BSTDB-nin Prezidenti, Dr. Serhat Köksal bildirib: "Ticarətin asanlaşdırılması və özəl sektorun dəstəklənməsi BSTDB-nin əsas fəaliyyət istiqamətlərindəndir. Unibank ilə əməkdaşlığa başlayaraq, Azərbaycandakı aktiv maliyyə vasitəçiləri şəbəkəmizi genişləndirməkdən məmnunuq. Bu maliyyə xətti vasitəsilə Bank Azərbaycan bizneslərinə, o cümlədən KOB-lara, kommersiya fəaliyyətlərini genişləndirməkdə və regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirməkdə dəstək göstərəcək.”

"Unibankın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: " BSTDB ilə tərəfdaşlığımızın bərpasından və yeni ticarət maliyyələşdirmə xətti vasitəsilə bu əməkdaşlığın daha da gücləndirilməsindən məmnunuq. Ticarət maliyyələşdirməsinə çıxışın genişləndirilməsi Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Bu maliyyə xətti müştərilərimizə əlavə maliyyələşdirmə imkanları təqdim etməyə, beynəlxalq ticarət fəaliyyətlərini genişləndirməyə və ölkənin özəl sektorunun dayanıqlı inkişafına töhfə verməyə imkan yaradacaq.”

Bakıda keçirilən BSTDB Biznes Forumu çərçivəsində imzalanan saziş BSTDB ilə Unibank arasında əsası 2005-ci ildə qoyulan əməkdaşlığın davamıdır. Əvvəlki maliyyələşdirmə proqramları çərçivəsində BSTDB yerli KOB-lara verilən təxminən 150 subkrediti dəstəkləyib və ümumi məbləği 24,7 milyon ABŞ dolları olan 31 ticarət əməliyyatını maliyyələşdirib.

BSTDB haqqında

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq maliyyə institutudur. Bankın baş qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. BSTDB üzv ölkələrdə dövlət və özəl sektor layihələrinin, eləcə də ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital yatırımları və zəmanətlər təqdim etməklə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir.

Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. BSTDB haqqında ətraflı məlumat üçün: www.bstdb.org

Unibank haqqında

Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobankistifadəyə verib 

Bank haqqında daha ətraflı: https://unibank.az/az 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər