AZXEBER.COM bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib.
Hadisə nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə dörd heyət üzvü yaralanıb.
Novorossiyskdən 30 dəniz mili məsafədə vurulduğu bildirilir.
Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, hücum zamanı altı-yeddi drondan istifadə olunub. Şahin kömək gözlədiklərini və gəmidəki hər kəsin sağ olduğunu qeyd edib.











































