“Qarabağ” 1 milyona onu transfer edəcək - Foto

“Qarabağ” 1 milyona onu transfer edəcək - Foto
İDMAN
20:13 30.06.2026
321
"Qarabağ” Macarıstanın ZTE klubundan mərkəz müdafiəçisi Bense Varkonini transfer edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolieri özünün "X” hesabında məlumat yayıb.

Məlumata görə, transferin dəyəri təxminən 1 milyon avro təşkil edir. 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisinin Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

İnsayder qeyd edib ki, Bense Varkoni ZTE klubunun əsas heyət oyunçularından biri olub və karyerasında növbəti addımı məhz "Qarabağ”a keçməklə atır.

OXŞAR XƏBƏRLƏR