"Mən Qurban Qurbanova da onun "köhlən atlar”ına da inanıram. "Qarabağ qalib gələcək”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat qeyd edib ki, "Qarabağ”ın Çempionlar Liqasına çıxacağına inanır:
"Mən inanıram ki, bu gün "Qarabağ” qalib gələcək. Çempionlar Liqasına da çıxacaq. Mən "Qarabağ"a, onun qələbə qazanacağına inanıram. "Qarabağ” bu gün də bizi sevindirəcək”.
Qeyd edək ki, bu gün Çexiyada Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) və "Qarabağ" arasında cavab oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Aydın Nuri