Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb.
Bu barədə AZXEBER.COM-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Aparılan yenilənmə və bərpa işlərindən sonra bölgə təmsilçisi ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək.
Komanda Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"u sözügedən arenada qəbul edəcək.
Əvəzində isə "Qarabağ"ın mövsümün əvvəlki oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda renovasiya və yenilənmə işlərinə start veriləcək.
Qeyd edək ki, "Azersun Arena" ötən mövsümün sonlarında bərpa işləri üçün bağlanmışdı.











































