“Qarabağ” - “Molde” oyununa hakim təyinatları açıqlandı

İDMAN
15:39 14.09.2020
249
"Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Scran Yovanoviç olacaq.

Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena”da keçiriləcək "Qarabağ”- "Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

OXŞAR XƏBƏRLƏR

X Mostbet