"Qarabağ" Norveç klubunun yeni hücumçu almasına mane oldu

İDMAN
11:00 14.09.2021
365
Norveçin "Volerenqa" klubu "Qarabağ"ın heyətinə qatdığı İbrahima Vadjini transfer etmək istəyib.

Ağdam təmsilçisi 26 yaşlı seneqallı hücumçu üçün "Haugesund"a Oslo təmsilçisindən daha çox məbləğ təklif edib.

Klub bundan əlavə, "Qalatasaray"dan Martin Linnesi almağı hədəfləyib, lakin burada da "Molde"yə rəqabətdə uduzub. "Volerenqa" son olaraq "Tromsö"dən Tomas Totlandın keçidini gerçəkləşdirə bilməyib. Paytaxt klubu daha sonra alternativ oyunçulara müraciət etməyib.

Qeyd edək ki, "Qarabağ" İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR