"Qarabağ" növbəti dəfə Azərbaycan çempionu oldu

"Qarabağ" növbəti dəfə Azərbaycan çempionu oldu
TOP4
22:35 16.04.2017
2719

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

AZXEBER.COM Apasport-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Medalların taleyinə aydınlıq gəlməsi baxımından hər iki matç həlledici olub.

İlk görüş Gəncədə baş tutub. "Kəpəz”in qonağı olan "Qəbələ” səfərdən məğlub dönüb. Oyuna sürətli başlayan Roman Qriqorçukun yetirmələri ilk hissədə ələ düşən imkanlardan yararlana bilməyib. Bir neçə epizodda qapı dirəyi, qapıçı və oyunçuların qeyri-dəqiqliyi hesabı açmağa mane olub.

İkinci hissədə isə azarkeşlər komandaların qarşılıqlı hücumlarına şahidlik ediblər. Hesab isə 70-ci dəqiqədə açılıb. Rasim Ramaldanovla mübarizədən qalib ayrılan Julian Ebah topu qapıdan keçirib. Bundan sonra "qırmızı-qaralar” bərabərlik üçün irəli atılsa da, cavab qolunu vurmaq mümkün olmayıb. Əvəzində isə oyuna əlavə olunmuş 3-cü dəqiqədə matçın ən fəallarından olan Dario Federiko oyunda son nöqtəni qoyub. Bununla da çempionluğa olan nəzəri şanslarını da çətinə salan "Qəbələ”dən fərqli olaraq "Kəpəz”in Avrokubok şansı davam edib.

Tura mərkəzi oyunla yekun vurulub. Artıq mükafatları təmin edən "İnter”lə "Qarabağ” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi qarşısında ilk məğlubiyyətini alıb. Bu nəticə isə ağdamlıların çempionluğu erkən elan etməsinə səbəb olub. Səfərdə 3 xal üçün qazanan Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsinə əsasən "Qəbələ” ilə fərqi 7 xala çatdırıb ki, bu da son iki tur öncəsi əlçatmaz olmaq deməkdir. Qazanılan 3 xal "Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyıb.

Azərbaycan Premyer Liqası

XXVI tur

16 aprel (bazar)

"İnter” – "Qarabağ” – 0:3
Qollar: Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb