“Qarabağ” portuqaliyalı futbolçunu transfer etdi

İDMAN
11:24 13.01.2022
106
"Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

AZXEBER.COM Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Leandro Andrade ilə müqavilə imzalanıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın "Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade komandada 15 nömrəli formada çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR