AZXEBER.COM xəbər verir ki, Xankəndi şəhərində, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarında incəsənət təhsili almaq istəyən şəxslər elektron müraciət edə bilərlər.
Müxtəlif incəsənət istiqamətləri üzrə təhsil almaq istəyən şəxslər MyCulture vahid şəxsi kabineti üzərindən müraciətlərini təqdim edə bilərlər.
Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil ediləcək. Formalaşan tələbat nəzərə alınmaqla tədrisin təşkili, müvafiq ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı istiqamətində zəruri tədbirlər görüləcək.











































