Bu gün Azərbaycan təmsilçisi "Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.
AZXEBER.COM xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri”si ilə ilk oyuna çıxacaq.
Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.
Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ” - "Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar 20:00. "Qarabağ” (Azərbaycan) – "Vestri” (İslandiya). Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova). VAR: Luka Çibelli (İsveçrə).
***
"Qarabağ” – "Vestri” matçının start heyətləri aşağıdakı kimidir:
"Qarabağ”: 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov (k), 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.
Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomişliç, 13 Bəhlul Mustafazadə, 18 Dani Bolt, 24 Jeremi Qnali, 25 Cebrail Makreckis, 44 Elvin Cəfərquliyev, 30 Abbas Hüseynov, 7 Jali Muaddib, 9 Joni Montiel, 17 Kamilo Duran, 28 Samuel Lobato, 29 Renaldo Sefas, 32 Hikmət Cəbrayılzadə, 22 Musa Qurbanlı.