Ölkə kubokunun qalibi “Xəzər Lənkəran”dan fərqli AZAL-la “Qarabağ”ın Avroliqada I təsnifat mərhələsində çıxış edirlər ki, hər 2 təmsilçimiz ilk matçını keçirib.
AZAL-ın “Qarabağ”la müqayisədə oyunu 30 dəqiqə tez başladığından, cari mövsümdə ilk meydana çıxan təmsilçimiz olub. Lakin Şüvəlandakı stadionda baş tutan qarşılaşma uğur gətirməyib. “Minsk”lə görüşün əvvəlində erkən qol buraxan komandamız tez də bərabərliyi bərpa etsə də, qələbə qazana bilməyib. Əvəzində “Qarabağ” Litvada cütün taleyinə aydınlıq gətirib. Ağdamlılar “Banqa”nin meydanında vurduğu 3 qolla demək olar ki, Farer adalarının “Streymur” klubunun rəqibinə çevrilib.
Son 2 mövsümdə Avroliqada son təsnifat mərhələsinə kimi irəliləyən “Qarabağ” isə “Banqa” ilə görüşdə favorit olsa da, AZAL kimi rəqibi hazırda çempionatda oynayır. Üstəlik, ağdamlılar səfərdə sintetik örtüklü meydançada oynamalı olacaqlar. “Qarabağ”ın liderlərindən olan Əfran İsmayılovun zədə üzündən kənarda qalması da problem yaradır ki, onu yeni transfer Bəxtiyar Soltanov əvəzləyə bilər. Hər halda, Bəxtiyar Əfran kimi yarımmüdafiənin sağ cinahında çıxış edir. “Qarabağ”dan qələbə gözləsək də, səfərdən məhsuldar heç-heçə ilə dönmək də pis nəticə olmayacaq.