“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
İDMAN
12:29 25.06.2026
2434
"Qarabağ" yeni - altıncı transferi Renaldo Çepas artıq Bakıdadır.

AZXEBER.COM Xitab24.az-a istinadən xəbər verir ki, tərəflər arasında 3 illik sözləşmə imzalanıb.

Ağdam təmsilçisi 3 il üçün futbolçuya ümumilikdə 2.7 milyon manat maaş ödəyəcək. Klubun transferi bu gün ictimaiyyətə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, yamaykalı vinger son olaraq  Rusiyanın "Pari" klubunda çıxış edib. 26 yaşlı futbolçu daha öncə "Şkupi" və "Ankaragücü"nün şərəfini qoruyub.

Xatırladaq ki, "Qarabağ" buna qədər Zakaria Savo, Jali Muaddib, Samuel Lobato, Bruno Lanqa və  Martin Zlomişliçin transferini rəsmiləşdirib.

OXŞAR XƏBƏRLƏR