"Qarabağ"dan daha bir transfer

"Qarabağ"dan daha bir transfer
İDMAN
21:11 12.06.2026
478
"Qarabağ" transfer çalışmalarını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, Ağdam təmsilçisi son olaraq "Portimonense"də çıxış edən Samuel Lobatonu heyətinə cəlb etməyə yaxındır.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə bütün məsələlərdə razılıq əldə olunub. Onunla danışıqlar artıq son mərhələdədir.

Qeyd edək ki, S. Lobato Kamilo Duranın komanda yoldaşı olub. Onlar birlikdə "Portimonense"də çıxış edib.

Transfermarkt portalına görə, onun bazar dəyəri 300 min avrodur.
OXŞAR XƏBƏRLƏR