“Qarabağ”ın 2-ci mərhələdəki rəqibləri - “Beşiktaş”, “Tvente”…

“Qarabağ”ın 2-ci mərhələdəki rəqibləri - “Beşiktaş”, “Tvente”…
İDMAN
14:34 17.06.2026
316
Bu gün "Qarabağ”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

AZXEBER.COM UEFA-nın saytına istinadən xəbər verir ki, artıq Ağdam klubunun potensial rəqibləri də bəllidir. 

"Qarabağ” 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri” komandasını mübarizədən kənarlaşdırsa, 2-ci mərhələdə "Beşiktaş” (Türkiyə), "Tvente” (Niderland), "Tromse” (Norveç), "Hammarbü” (İsveç) və ya SSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR