Qarabağın azərbaycanlı icması etiraz edir

Qarabağın azərbaycanlı icması etiraz edir
Bütün Xəbərlər
12:18 16.11.2012
1006
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Baş Assambleya və Senatın sədri Danilo Astoriyə müraciət edərək, Azərbaycan və Uruqvay Respublikaları arasında çox qısa bir zamanda formalaşmış əlaqələrə zidd olaraq Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Jorge Orriconun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarına, xüsusilə Dağlıq Qarabağ bölgəsinə səfər etməsinə etirazını bildirib. İctimai Birlikdən Trend-ə verilən məlumata görə, etiraz məktubunda qeyd olunur ki, artıq 20 ildir ki, Ermənistan Respublikası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan yeddi rayonu işğal edib, bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi tanınır. Eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurum heç bir dövlət tərəfindən tanınmayıb və sizin ölkəni təmsil edən nümayəndə heyətinin bu ərazilərə səfər etməsi qeyri-qanunidir. Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanınır və bu ərazilərlə bağlı atılan hər bir addım Azərbaycan dövlətinin icazəsi və Dağlıq Qarbağ bölgəsinin Azərbaycanlı əhalisinin iştirakı olmadan həyata keçirilə bilməz. Çünki, bu torpaqlarda tarixən yaşamış olan azərbaycanlılar Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və soyqrım siyasəti nəticəsində bu gün öz doğma yurdlarından məcburən köçkün düşüblər", - müraciətdə deyilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb