"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri bilindi

İDMAN
15:11 23.07.2020
1863
Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklardakı daha iki mümkün rəqibi bəlli olub.
 
AZXEBER.COM bildirir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya və Sloveniya klubları ilə də görüşə bilər.

Albaniyanın çempionu olan "Tirana" və Sloveniyada qızıl medallara layiq görülən "Çelye"nin püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Hər iki komanda "Qarabağ"a mövsümdə ilk rəqib ola bilər.

Beləliklə, "Qarabağ"ın ilk raundda artıq bütün potensial rəqibi bilinib. Bunlar "Fola" (Lüksemburq), "Yurqorden" (İsveç), "Buduçnost" (Monteneqro), "Flora" (Estoniya), "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Konnah" (Uels), "Klaksvik" (Farer adaları), "Europa" (Cəbəllütariq), "Çelye" (Sloveniya), "KuPS" (Finlandiya), "Reykyavik" (İslandiya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya) və "Floriana"dır (Malta). Bir mümkün rəqib isə ilkin mərhələdən gələcək. "Linfild" (Şimali İrlandiya) və "Tre Fiore" (San-Marino) ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.

OXŞAR XƏBƏRLƏR

X Mostbet