Qaradağda ər və arvadı qəzaya düşdü, ölən var

Qaradağda ər və arvadı qəzaya düşdü, ölən var
SOSİAL
23:52 21.11.2020
835
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qarabağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Qurbanov Yəhya Məmməd oğlu ağır bədən xəsarətləri alıb, onun həyat yoldaşı isə hadisə yerində dünyasını dəyişib.

Y.Qurbanov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR