Qaradağda moped oğurlayan şəxslər saxlanıldı

Qaradağda moped oğurlayan şəxslər saxlanıldı
SOSİAL
15:58 23.06.2026
396
Qaradağ rayonu ərazisində evlərdən birinin qarşısından 2 ədəd mopedin oğurlanması barədə polisə məlumat daxil olub. 

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov və H.Baxşıyev müəyyən olunaraq saxlanılıblar.

Keçirilən digər tədbir zamanı isə Sabunçu rayonu ərazisində həyətlərdən birindən su nasosları oğurlamaqda şübhəli bilinən 25 yaşlı L.Miraşiçenko da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR